Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, 1/4 finalın son iştirakçısı əlavə vaxtda vurduğu qolla "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edən "Kəpəz" olub.
Bununla da 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Azərbaycan Kuboku
1/4 final
"Turan Tovuz" - "Kəpəz"
"Zirə" - "Sumqayıt"
"Şamaxı" - "Qarabağ"
"Sabah" - "Qəbələ"
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.
