Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Penalti qərarını şərh etmək istəmirəm, amma içimdən "yanıram" - Valdas Dambrauskas
    3.12.2025 17:45:57

    "Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq asan deyil. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə rəqib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissə o qədər də yaxşı çıxış etmədik. İkinci hissə rəqibin təhlükəli epizodlar yaratdılar. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi "Neftçi"yə qarşı vacib matç gözləyəcək".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/8 final mərhələsində "İmişli"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    - Qapınıza təyin edilən penaltinin təkrarına baxmısınız? Orada top futbolçunuzun əlinə dəymişdi?

    - Siz gördünüz? Mən bu barədə müzakirə aparmaq istəmirəm. Amma içimdən "yanıram". Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim lehimizə penalti verə bilərdilər. Hakimlər fərqli qərarlar verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik.

    - "Sabah"ın finala çıxmaq, kubokun qalibi olmaq şansını necə dəyərləndirirsiniz?

    - Bu, yeni mövsümdür. Klubun yeni baş məşqçisi var. Bir faiz belə, kubokda gələcəkdə nələrin olacağını fikirləşmirəm. İndi qarşıdan gələn "Neftçi" oyununu, ondan sonra "Turan Tovuz" matçını düşünürəm. Məni daha çox qarşıdan gələn görüşlər maraqlandırır. Sabahkı məşq bu dəqiqə mənim üçün daha önəmlidir. "Neftçi"yə qarşı ağır oyun olacaq.

    - "Sabah" "Neftçi" ilə oynayacaq. Siz kubok matçını onlardan bir gün sonra keçirmisiniz. Bu məqam rəqibə üstünlük verə bilər?

    - Mən bunu dəyişə bilərəm? Xeyr. Mən daha çox öz nəzarətim altında olanları dəyişmək istəyərdim. Vəzifəm uşaqları oyuna daha yaxşı adaptasiya etməkdir.

    Futbol

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39
    Futbol

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56
    Futbol

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    Futbol

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32
    Futbol

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07
    Futbol

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50

    "Qarabağ"ın baş məşqçisinə 4 oyunluq cəza

    6.03.2026 16:14:11

    "Qarabağ"ın futbolçusu Fransa klubunda baxışda olacaq

    6.03.2026 15:45:34

    “Kəpəz”də yeni icraçı direktor - FOTOLAR

    6.03.2026 15:14:36

    "Qarabağ" "Sabah"la oyunda baş verənlərə görə 8700 manat cərimələndi

    6.03.2026 14:56:04

    "Neftçi" məşqçisi, futbolçuları və azarkeşlərinə görə ziyana düşdü

    6.03.2026 14:29:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved