Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hamımız milliyə hörmət etməliyik" - Ayxan Abbasov
    3.12.2025 17:09:57

    "Şamaxı" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

    Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışdıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.

    - Oyunu çox sakit izləyirdiniz. Sanki qələbəyə arxayın idiniz...

    - Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir ki, hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.

    - Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?

    - I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.

    - Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiniz. Dünən Qurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?

    - Dünən qərar verdim ki, bu barədə danışmayacağam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynatsın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə, millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik.

    - Növbəti mərhələdə rəqibinizin "Qarabağ", yoxsa "Karvan-Yevlax" olmasını istəyərdiniz?

    - "Karvan-Yevlax"ı istəyərdim.

    Futbol

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24
    Futbol

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38
    Futbol

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14
    Futbol

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32
    Futbol

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27
    Futbol

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14

    "Neftçi" yeni loqosunu təqdim etdi - FOTO + VİDEO

    24.07.2026 15:48:34

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38

    "Qarabağ"dan "Seltik"ə transfer Duranın karyerasında böyük sıçrayış deməkdir" - Şotlandiya mətbuatı

    24.07.2026 12:50:16

    "Qarabağ"ın sol cinah oyunçusu məni heyran etdi" - Teodor İvanov

    24.07.2026 12:17:24

    Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

    24.07.2026 11:48:55

    "Mərhələni keçmək əsas hədəfimizdir" – Abdullah Zubir

    24.07.2026 11:11:18

    "Qarabağ"ın heyətində hər kəs təhlükəlidir" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved