Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" Polşa çempionatında növbəti görüşünü keçirib.
Prosport.az xəbər verir ki, Lublin təmsilçisi doğma meydanda "Legiya"nı qəbul edib. qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Millimizin hücumçusu bu oyunda meydana çıxmayıb.
Qeyd edək ki, "Motor" 17 turdan sonra 20 xalla 13-cü pillədədir.
