"Kəpəz"in baş məşqçisi Azər Bağırov daha bir əcnəbinin "qələmini qırıb".
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət polşalı qapıçı Kasper Rosadan gedir.
Yusif İmanovun gəlişindən sonra əsas heyətdə yerini itirən 31 yaşlı futbolçu əsas komandadan da uzaqlaşdırılıb. "Zirə" ilə son matçda adının protokolda olmaması bu səbəbdəndir.
Bölgə klubunun uğursuz transferlərindən olan qolkiper əvəzedici komandada məşqlərə çıxır.
Yayda "Kəpəz"ə cəlb edilən oyunçu arxada qalan müddətdə meydana çıxdığı 8 oyunda qapısında 24 qol görüb.
