Azərbaycan Kubokunun 1/8 final mərhələsi bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
Prosport.Az xəbər verir ki, 2-4 dekabr aralığında baş tutacaq oyunları 4 nəfər kənardan izləyəcək.
Bunlar “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov, “Zirə”nin məşqçilər korpusunda yer alan Vüqar Məmməd, “Karvan-Yevlax”ın futbolçusu Nika Çaçaşvili və “Şəfa”nın oyunçusu Elvin Nəsibovdur.
Adları çəkilənlərin hər biri öncəki turlarda aldıqları qırmızı vərəqələrə görə cəzalı duruma düşdüyündən, texniki zonaya buraxılmayacaq.
Dekabrın 2-də “Zirə” – “Neftçi”, “Şahdağ Qusar” – “Turan Tovuz”, bir gün sonra “Şamaxı” – “Baku Sportinq”, “İmişli” – “Sabah”, “Qarabağ” – “Karvan-Yevlax”, dekabrın 4-də isə “Qəbələ” – “Şəfa”, “Araz-Naxçıvan” – “Kəpəz” və “Difai” – “Sumqayıt” görüşləri baş tutacaq.

