Futbol üzrə Azərbaycan I Liqasında 2025/26 mövsümünün ilk dövrəsi başa çatıb. 9 turdan sonra son 10 mövsümün ən yaxşı bombardirləri bəlli olub.
Prosport.Az xəbər verir ki, əvvəlki 9 çempionat və birinci dövrədəki 9 turun oyunlarında ümumilikdə 1208 futbolçu qol sevinci yaşayıb. 2016/17 mövsümündən indiyədək olan dövrdə yalnız 9 futbolçu 40 və ya daha çox qol vurub.
1. Bəhruz Teymurov - 87
2. Sabir Allahquliyev – 58
3. Seyxan Fərəcov – 53
4. Elmir Rəhimzadə - 50
5. Raul Yaqubzadə - 45
6. Fərid Kərimzadə - 44
7. Elnur Səmədov – 43
8. Vüsal Əsgərov – 42
9. Elşad Tağıyev - 41

