"Araz-Naxçıvan" klubu ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin aparıcı futbolçusu Ba-Muaka Simakala cəzalı duruma düşüb.
Buna 28 yaşlı hücumçunun "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Mİsli Premyer Liqasının XIII tur oyununda sarı vərəqə alması səbəb olub.
Almaniyalı forvard cari mövsüm 4-cü dəfə bu halla üzləşdiyi üçün XIV turda "Kəpəz"lə matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Ba-Muaka Simakala hazırda 7 qolla Misli Premyer Liqasının bombardiridir.
