Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi" - Kaxaber Sxadadze
    30.11.2025 20:47:58

    Misli Premyer Liqasının XIII turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Onlar xarakter göstərdilər. Bu, çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə çox yaxşı görüşümüz oldu. Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq. Bu gün oyun bir az gərgin başladı. “Araz-Naxçıvan” güclü komandadır, yaxşı hücum potensialına malikdir. Matçın əvvəlində bizdə həyəcan var idi. Buna görə top itkilərinə yol verdik. Qol vurduqdan sonra sakitləşdik və daha rahat oynamağa başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Rəqibə qol imkanı vermədik. Çoxlu qol epizodları yaradırırıq, amma onlardan yararlana bilmirilk. Bu gün gördüm ki, bizim potensialımız daha çoxdur. Hələ bir oyunda qalib gəlmişik. Qarşıda çox matç var. Bu qələbədən düzgün nəticələr çıxarmalıyıq.

    – Neçə turdur ki, qələbə qazanacağınız gözlənilirdi. Bu qalibiyyətin “Qəbələ”nin sizdən əvvəlki baş məşqçisi Elmar Baxşıyevin komandası üzərində olacağını gözləyirdiniz?
    – Elmar Baxşıyevə böyük hörmətimiz var. Həm yaxşı insandır, həm də yaxşı məşqçidir. Sadəcə elə alındı ki, onun komandası ilə matçda qələbə qazandıq.

    – Nuğay Rəşidov bu gün meydanda ən yaxşılardan idi. Onun performansını necə dəyərləndirirsiniz?
    – Çox şadıq ki, belə gənc futbolçu yaxşı oynadı. Amma onu çox tərifləməyək. Nuğay stabil oynamalıdır. Bu gün Eşqin də yaxşı mübarizə apardı. Nicat zədəli halda oyuna çıxmışdı. Meydanda var gücünü qoydu. Bütün futbolçulara təşəkkür edirəm. Əsl xarakter göstərdilər.

    – Murad Musayevin son dəqiqələrdə qırmızı vərəqə almasına münasibətiniz necədir?
    – Muradın oyunda yeganə səhvi həmin anda gecikməsidir. O, tək kapitan deyil, meydanda lider kimi oynayır. Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved