Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Döyülən də, söyülən də onlardır" - Qurban Qurbanov
    29.11.2025 21:18:04

    "Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtdı. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait, vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək, bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxtdır oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 matçda oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün önəmlidir . Məğlub olmağa hazırıq, nəinki futbolçuları itirək. İtaliyadakı oyunda Mateus Silva, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunluq var idi. Üç nəfəri protkola salmadıq. İlk “11-lik”də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oynayırlar. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adların istədiyin formada olmayanda, problemlərin yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdi, indi fərqlidir".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIII turunun "Karvan-Yevlax"la görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalislərin suallarını cavablandırıb. 

    - İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxta vacib iclaslar salınır...

    - Əvvəlcədən bildirilir ki, iclas hansı tarixdə olacaq. Hamıdan da bu haqda soruşurlar. Oradakı insanların hər biri iş başında olur. Hamını bir yerə yığmaq üçün vaxt təyin olunmalıdır. Biri var tək mənim vaxtım olmasın, biri də var 5 nəfər Bakıda olmasın. Belə olduğu halda, az adamın olmamasını əsas götürürlər. Normal prosesdir. İkinci, ya üçüncü dəfədir ki, üst-üstə düşür. Bütün qərarlar İK üzvlərinə göndərilir. Orada ciddi problem görmürəm.

    - Marko Yankoviç və Mateus Silva arasında “Napoli” ilə görüşdə baş verən mübahsiə haqda fikriniz necədir? Yazılanlara görə, onları cərimələsiniz?

    - Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt hallar görmüşük. Hər bir halda, belə oyunlarda özlərinin emosialarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm. Bu mövzuya çox ciddi diqqət ayırmışam. 

    - “Ayaks”la oyun pley-offa çıxmaq baxımından sizin üçün çox vacibdir. Bu fikirlə razısınız? Belə yanaşma, komandanın üzərində əlavə təzyiq yaratmır ki?

    - Çox vacib oyundur.Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Əksinə, göstərirk ki, biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara müsbət təsiri olar. Çempionat oyununa hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq.“Ayaks”ın öz oyun fəlsəfəsi vr, neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. “Benfika” ilə matçda rəqibdən daha çox qol epizodları oldu. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. “Ayaks” da gözünü qarşıdakı oyunlara dikib. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə, qismətimiz deyildi. Ola bilər içəridə nəyisə səhv etmişdik, bəlkə kollektivdə hansısa yaxşı dostluq yox idi. 

    - Mateuş Koxalski ilə bağlı “Qarabağ”a rəsmi təklif olub?

    - Hər xəttə oyunçu axtarıram. Buna ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amma onun stabilliyindən narazı idim. Onun özəlliklərindən başqa cür istifadə edirdim, indi əlimdə olanlardan başqa cür edirəm. O cür futbolçunun komandamızda olmasına "yox" deməzdim. Hər halda, axtarırıq, baxırıq, işlər gedir. İmkan olsa, 2-3 oyunçu götürəcəyik. Koxalskiyə görə rəsmi təklif yoxdur. Tələsmək lazım deyil. Qapıçı indi-indi inkişaf etməyə başlayırsa, potensialını üzə çıxarmağa başlayırsa, tələsməmək, belə şansdan daha çox istifadə etmək lazımdır. 

    - İcraiyyə Komitəsnidə çıxan qərarlarla bağlı fikriniz necədir?

    - Burada fikir bildirməyim düzgün olmaz.

    - Toral Bayramova oyundan sonra müsahibə üçün yaxınlaşan jurnalistlər olsa da, o, bildirdi ki, uşaqlarına daha çox vaxt ayırmaq istəyir. Maraqlıdır, həqiqətən Bayramov bazada daha çox vaxt keçirir?

    - Mən bəzən “Qarabağ”ın futbolçularının iş rejiminə baxanda, yazığım gəlir desəm, ağır hallanar. Amma bəzən istəyirəm ki, onları bir ay buraxım və deyim ki, gedin futboldan uzaq olun. Onlar üçün asan deyil. Biz istənilən turnirdə nəticə verməliyik. Komanda elə yerə gəlib çıxıb ki, futbolçuların normal istirahət vaxtı yoxdur. Buna fiziki güc yox, psixoloji olaraq çatdırmır. Mənə baş məşqçi kimi asan deyil. Futbolçuları başa düşmək lazımdır. Onlar kimin üçün oynayır ki? Biz, xalq, ailəsi üçün. Çox adam fikirləşir ki, övladım futbolçu olsun. Ancaq inanın ki, bunlar sanki seçilmiş insanlardır. Döyülən də, söyülən də onlardır. Nəsə çatışmazlıq oldusa, media, rəhbər, azarkeş, məşqçi, valideyn tərəfdən üzərlərinə gedirlər. Böyük təzyiqlərə məruz qalırlar. Onları başa düşmək lazımdır. Futbolçuların yanında olmalıyıq. Ramil Şeydayev, Nəriman Axundzadə, Musa Qurbanlı oynamadıqca, idman formasından uzaqlaşırlar. Psixoloji təzyiq çoxdur. Ələlxüsus da, öz futbolçularımızın yanında olmalıyıq. Bəlkə bəzən sizinlə kobud danışırlar, amma onları başa düşmək lazımdır. Çünki əsəbləri bəzən yerində olmur. Allah qoysa, deyərəm, gələn dəfə vaxt ayırar, müsahibə verər.

    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Futbol

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24
    Futbol

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved