Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq" – Valdas Dambrauskas
    29.11.2025 18:03:58

    Misli Premyer Liqasının XIII turunda keçirilən “İmişli” – “Sabah” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Komandama təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Öncədən bilirdik ki, çətin oyun olacaq. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer Liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdir. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burada topa nəzarət etmək həqiqətən də çətindir. Birinci hissədə meydançaya adaptasiya olmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. “İmişli”nin də haqqını vermək lazımdır. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı.

    – Oyun baxımından “Sabah” yaxşı çıxış etsə də, lazımsız xal itkiləri olur. Bu qeyri-stabilliyin səbəbi nədir?

    – Sizinlə razı deyiləm. Həmişə mənə sual verirlər ki, niyə stabil çıxış etmirsiniz. Bugünkü oyunumuzu mükəmməl hesab etməzdim. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidir. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq.

    – Milli komandada çıxış edən futbolçular “Sabah”da az şans qazanır. Bunun səbəbi nədir?

    – Hər məşqçinin öz baxışı var. Rəhman, Abdullah, Xəyal çox yaxşı şəxsiyyətə malik futbolçulardır. Onlar çalışmalıdırlar ki, “Sabah” və milli komanda üçün daha çox şey versinlər.

    – “İmişli” kubokda rəqibinizdir. Ola bilər ki, onlar kubok matçı üçün bugünkü oyunu qurban verdilər?

    – “İmişli”nin nə düşündüyü bizim üçün önəmli deyil. Biz daha çox öz oyunumuza köklənirik. 4 gün sonrakı oyun daha ağır olacaq. Çünki hesab 0:0 olsa, rəqib üçün yaxşı olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq.

    – Sizin üçün kubok, yoxsa çempionat prioritetdir?

    – Bizim üçün prioritet sadəcə qarşıdan gələn oyundan qələbə ilə ayrılmaqdır.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved