Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Nə desələr, etməyə hazıram" - Sənan Qurbanov
    28.11.2025 21:20:02

    Misli Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Tovuz səfəri çox çətin keçir. Rəqib iddialı klubdur. Turnir cədvəlində olduqları yer də bunu göstərir. Qısa vaxtda çalışdıq ki, komandanı onlara qarşı hazır edək. “Turan Tovuz” mübarizəli oyunu sevir. Belə olacağını da bilirdik. 2 gün məşq edə bildik. Futbolçular həm müdafiədə, həm hücumda nələrsə etməyə çalışdı. Bura qələbə üçün gəlmişdik. Ad “Neftçi”dirsə, prioritet 3 xaldır. Komanda işinə belə ciddi yanaşsa, uğurlar uzaqda deyi.

    – Bu gün qələbə olsaydı, komandanın baş məşqçisi olmaq üçün vizit kartınız olardı?
    – Hazırda akademiyanın koordinatoruyam. Həm orada, həm də əsas komandada məşq keçmək fəxrdir. Qərarı rəhbərlik verir. “Neftçi”yə faydalı ola bilərəmsə, nə yaxşı.

    – Komandada qısa müddətdə nəyi dəyişə bildiniz, nəyi yox?
    – Müdafiədə daha ciddi oynamağa çalışırdıq. Samir Abasov yaxşı komanda qurub. Bu kollektiv daha yaxşı yerlərdə olmağa layiqdir.

    – Bugünkü nəticəni qənaətbəxş hesab edirsiniz?
    – Turnir cədvəlində vəziyyət elədir ki, qələbə komandanı irəli pillələrə apara bilər. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çətin rəqiblər var. Mübarizənin keyfiyyəti daha da artsa, yaxşı olacaq.

    – Özünüzü oyuna necə hazırladınız?
    – Burada acı məğlubiyyətdən sonra işimdən ayrılmışdım. Tovuz səfəri çətin olur. Burada həm özümü, həm komandamı hazırlamağa çalışdım. Məğlub olmamaq və qələbə üçün özümüzü hazırladıq. Soyuq başla oyunu yenidən təhlil edəcəyik. Düşünürəm ki, komanda pis çıxış etmədi.

    – Qısa müddətdə olsa da, Vensan Abubakara məşq keçdiniz…
    – Abubakar peşəkar oyunçudur. İşinə ciddi yanaşır. Özüylə son gündə də danışdım, dedim işinə belə yanaşmağın, ürəklə çalışmağın gənclərə nümunədir. Çox intizamlı biridir. Belə karyeranın sahibi belə yol keçməlidir. Abubakar “Neftçi” üçün böyük qazancdır.

    – Abasov son müsahibəsində demişdi ki, Premyer Liqada davamlı olmaq üçün adamın olmalıdır…
    – Samir Abasov komandanı çempion edib. Ona adam lazım deyil, özünü sübut edib. Məşqçini önə gətirən qazandıqlarıdır.

    – “Neftçi”nin tam hədəfinin ölkə kubokunu qazanmaq olduğunu demək olar?
    – “Neftçi” hər yarışda çempionluq üçün mübarizə aparır. Heyətimizdə titulları olan futbolçular var. Kuboku iki dəfə qazanmışam. Qarşıda “Zirə” ilə çətin matç gözləyir. Sabahdan hazırlaşacağıq.

    – Gənc futbolçulara şans verməməyinizə nə mane oldu?
    – Qısa zamanda qlobal dəyişikliklər etmək düzgün olmaz. Komandanı anidən stressə sala bilmərəm. Rza, Ağadadaş, Murad perspektivli oyunçulardır. Onlar yetərincə şans qazanırlar. Bu futbolçular meydana çıxıb, komandaya kömək edə biləcək futbolçulardır.

    – “Zirə” ilə oyuna komandanı siz çıxaracaqsınız?
    – Bilmirəm. Onsuz akademiyada işləyirəm. Nə desələr, etməyə hazıram. “Neftçi”də olmaqdan qürur duyuram.

    – Sizinlə müqavilə imzalamağa nə mane olur?
    – Bilmirəm nə cavab verim. “Neftçi”də daim uğur qazanmalısan. Qorxmuram, çəkinmirəm. Təklif olsa, məmnuniyyətlə qəbul edərəm. İşi sevirəm və bundan zövq alıram. “Neftçi” bütün şəraiti yaradıb. Təklif olsa, qorxmadan öhdəsindən gəlmək olar.

    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Futbol

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24
    Futbol

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved