Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb.
Prosport.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.
24 xalı olan "Turan Tovuz" turnir cədvəlində 3-cü sırada yer alıb. "Neftçi" isə 16 xalla 7-cidir.
Bakı klubu cari mövsüm Premyer Liqada rəqibləri ilə ən çox heç-heçə edən komandadır (7 dəfə).
Qeyd edək ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 30-da yekun vurulacaq.
