"Mingəçevirdəki matçadək heç bir rəqibimiz qırmızı vərəqə almamışdı".
Bunu Prosport.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşına müsahibəsində "Baku Sportinq"in baş məşqçisi Röyal Nəcəfov deyib.
O, I Liqanın IX turu çərçivəsində keçirilmiş "Mingəçevir" – "Baku Sportinq" (1:2) oyunu ilə bağlı danışıb (müsahibəyə tam şəkildə aşağıdakı videoda baxa bilərsiniz). Gənc məşqçi matçın 33-cü dəqiqəsində meydana buraxdığı Xəyal Məmmədlinin potensialından danışıb. Xəyal Məmmədli 75-ci dəqiqədə Rəhim Cəfərliyə aşkar qol şansından məhrum etməyə görə qırmızı vərəqə aldırıb və nəticədə bu cərimə zərbəsindən sonra (78-ci dəqiqə) "Baku Sportinq" bərabərlik qolunu vurub.
Daha sonra o, 85-ci dəqiqədə çətin Mingəçevir səfərində komandasına qələbə qazandıran qola imza atıb.
Bu nəticədən sonra hər iki komandanın xalları bərabərləşib.

