Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz gerçəkləri deyirik, amma nələrisə görməzdən gəldiyimiz vaxtlar da olur" - Rəşad Sadıqov
    28.11.2025 17:02:22

    "Zirə" Misli Premyer Liqasının XIII turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Günorta saat 2, süni örtüklü meydança, günəşli hava... Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. 2 qol vurub olduqca önəmli qələbə qazandıq.

    - 2-ci hissədə əvəzetmələrdən sonra oyunun sürəti artdı. Sizcə, dəyişikliklərin rolu oldu?

    - Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdilər. Azər Bağırova qarşı oynamaq həmişə çətindir. Bu gün bunu bir daha hiss etdik. Brahim Konate ilə İssa Cibrilla start heyətində olsaydı, onların yerinə Ceyhunla İsmayıl oyuna girsəydi, eyni effekti verəcəkdi. Birinci hissədə hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdılar.

    - İssa Cibrillanı hücumun cinahında oynatmaq effektiv olar?

    - Sınayacağıq. Beynimizdə belə fikir var. Sınayacağıq deyəndə ki, İssa bizim komandaya vinger kimi gəlmişdi. Sadəcə həmin periodda sol cinah müdafiəçisi kimi ehtiyacımız var idi. Bu gün bizim Enrike kimi sol cinah müdafiəçimiz var. Bu da İssanı digər mövqelərdə istifadə etməyə imkan verir.

    - Leroy Mikelsi hansı mövqedə düşünürsünüz?

    - Rəqabət olacaq. Mikels də universal futbolçudur. Təki hamı sağlam olsun. Hamının oynamaq şansı olacaq.

    - Ötən turdan sonra gileyləndiniz ki, "Karvan-Yevlax" və "Kəpəz"ə qarşı Yevlaxda oynayacağıq. Bunun "Zirə"yə qarşı plan olduğunu düşünürsünüz?

    - Yox, plan deyil. Qeyd etmişdim ki, hər hansı qayda qoymaq lazımdır. Sabah bizim də başımıza gələ bilər, meydançamız pis ola bilər. Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa, yaxşı olar, hamı ora səfərə gedər. Bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. "İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. "Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğunuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik edir. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada.

    - Hakimlər Komitəsinə yeni sədr təyin olunub. Sizcə, bu, Azərbaycan futboluna necə təsir edəcək?

    - İnşallah, hakimliyimizin xeyrinə olar. Uzun müddətdir ki, sədrlər əcnəbi olurdu. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son 2 ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah, bu yükü daşıya biləcək.

    - Premyer Liqaya yeni gələn komandaların infrastrukturla bağlı problemlərinin olduğu görünür. Sizcə, süni şəkildə komanda sayının artırılmasına ehtiyac var idi?

    - Daim bu mövzunu müzakirə edirik. Təbii örtüklü, keyfiyyətli meydançalar olsa, oyunumuz yaxşı alınacaq. Çempionatın əvvəlindən narahatlıq var idi. Rəqabət artdı. 12 komandanın olması öz effektini verdi. Bütün komandalar rəqabətə tab gətirir. Hamımızı narahat edən məqam meydança ilə bağlıdır. "Karvan-Yevlax" stadion məsələsini həll etdi. İnşallah, "İmişli" də bu problemini həll edər. Gəncədə möhtəşəm stadion tikilib. Düşünürəm, gələn il bu problemlər geridə qalacaq.

    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Futbol

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30
    Futbol

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11
    Futbol

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09
    Futbol

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24
    Futbol

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14

    "Neftçi" yeni loqosunu təqdim etdi - FOTO + VİDEO

    24.07.2026 15:48:34

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved