19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Prosport.Az xəbər verir ki, B Liqasının V qrupunun II turunda bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız olması səbəbindən başqa vaxta keçirilib.
Qarşılaşmanın sabah reallaşması nəzərdə tutulub.

