"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 5 oyununda rəqiblərdən top almağa görə 3-cü pillədə qərarlaşıb.
Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.
İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada 1-ci, Belçikanın "Yunion" (246) kollektivi 2-cidir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.
