Futbol üzrə Azərbaycan I Liqasında IX tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub. Oyunu azlıqda bitirən “Mingəçevir” “Baku Sportinq”ə, “Şimal” isə “Zaqatala”ya məğlub olub.
Hər iki komanda ev oyunlarını keçirdiyi stadionda uduzub. Bu nəticələrdən sonra “Mingəçevir”, “Baku Sportinq” və “Zaqatala”nın xalları bərabərləşib – 16. Şəxsi oyunlara görə "Mingəçevir" 3-cüdür.
Qeyd edək ki, Mingəçevir təmsilçisi sonuncu dəfə öz meydanında "Şəfa"ya da 2:3 hesabı ilə uduzmuşdu.
Turun qalan oyunları sabah keçiriləcək.
I Liqa
IX tur
26 noyabr
“Mingəçevir” – “Baku Sportinq” 1:2
Qollar: Xəyal Muradov, 4 – İlham Allahverdiyev, 78. Xəyyam Məmmədli, 85.
“Şimal” – “Zaqatala” 0:4
Qollar: Cavad Kərimov, 7; 38. Roini İsmayılov, 56. Matondo Lumbu Preddi, 72.

