Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Əfran İsmayılov: “Heç bir sözü "yeyəsi", "udası" deyiləm” - MÜSAHİBƏ
    6.02.2023 14:01:58

    Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

    - “Kəpəz”lə də yollarını ayırdın və futbolçu karyeranı başa vurduğunu da bildirdin. Gəncə klubunda niyə qalmadın? 
    - Açığı, “Kəpəz”dən ayrılmaq istəmirdim. Elə söhbət idi ki, istəyirdim bütün pulumu klubdan alım. Lakin sonda klub rəsmisi İlqar Nadirlinin bir kəlməsi Rauf Əliyevlə məni yola gətirdi və iki ayın maaşını keçmək şərtilə razılaşdıq. Elə sonda da hər ikimiz futbolu başa vurmaq qərarına gəldik. 

    - Rauf saytımıza zədəyə, ağrılara görə bu qərarını verdiyini bildirmişdi. Bəs sən niyə karyeranı başa vurmaq qərarına gəldin?
    - Mənim də karyeramı başa vurmağımın əsas səbəblərindən biri elə zədə idi. Dizim ağrıyırdı, oynamağa imkan vermirdi. Dizimdə qığırdaq qığırdağı yeyir. Ona görə oynamağım çətindir. Fikirləşdik ki, lap bir il, ilyarım oynayarıq, axı ağrılar var. Özümüzə çox əziyyət veririk, iynə-dərmanla, ağrıkəsici ilə məşqlərə, oyunlara çıxırdıq. Bunun da nəticəsini, ağrılarını görürdük. Ona görə Raufla fikirləşdik ki, futbolu qurtaraq. Hər halda, bir yerdən artıq canımıza da fikir verməyə başlamalıyıq. Fiziki durumum yaxşı idi, onunla əlaqəsi yoxdur. İnandırım sizi, məşqlərdən, oyunlardan sonra dizim şişirdi, hər oyundan sonra bərk ağrılarım olurdu, gecələr yata bilmirdim. 

    - Baş məşqçi Tərlan Əhmədov karyeranı başa vurmağında nə qədər rol oynadı? Aranızda problem olmasaydı, hər şey daha fərqli alınardı? 
    - Onun karyeramda heç bir rol oynamadı. Onsuzda yayda karyeramı başa vurmaq istəyirdim. Sadəcə daha başqa cür alına bilərdi, bir az xoş olmadı. Amma elə söhbətlər var ki, nə qədər xoş olmasa belə, heç bir sözü "yeyəsi", "udası" deyiləm. Elə şeylər var ki, adamla gərək normal danışılsın, normal yanaşılsın.  

    - Avropada aktiv futbolçu karyerasını başa vuranlar vida görüşü keçirir. Heç bu haqda fikirləşmişdiz?
    - İlqar müəllim deyirdi ki, belə olmasaydı, qalsaydım, "Kəpəz"in son oyunlarına yaxın vida matçı keçirmək olardı. Necə? Yəni, "Qarabağ" və ya hansısa gələn komandaya qarşı görüşdə bunu hamıya bildirsinlər, stadionda elan olunsun, hər hansı hədiyyə versinlər, azarkeşlər də bilsin ki, karyeramızı başa vurduq. Belə fikirlər var idi, amma olmadı. Böyük şey deyil. Heç nə olmaz, artıq karyeramızı yekunlaşdırdıq. 

    - Futbolçu karyeran artıq başa çatdı. Geriyə baxanda hansısa qərarına görə peşmançılıq hissi çəkirsən?
    - Yox, heç bir peşmançılıq çəkmirəm. Hər zaman hər şeyə şükür etmişəm, nə var onunla razılaşmışam. Ona görə hər şeydə rahatam. Nəyəsə görə peşman da deyiləm.

    -  Sənin üçün daha unudulmaz matç hansıdır? 
    - Unudulmaz matçlar çox olub. Klub karyeramı nəzərdə tutursunuzsa, "Qarabağ"ın heyətində Çempionlar Liqasının qrup mərhələsinə düşmək, həmin turnirin himnini eşitmək unudulmazdır. Əsasən də, "Kopenhagen"i Danimarkada keçərək ÇL-in qrupuna düşdüyümüz görüş...  Azərbaycan millisində də yaddan çıxara bilməyəcəyim görüşlər az deyil. Hər halda, yığmada 40-a yaxın oyun keçirmişəm. Təbii ki, ən yaddaqalan oyunum milli formasında meydana çıxdığım ilk görüşdür. İordaniyaya qarşı yoxlama oyunu idi. İlk matçımda qol da vurmuşdum. Daha sonra Çexiyaya qol vurmağı bacardım. Norveçə qarşı çox yaxşı oynamışdıq, hesab 0:0 yekunlaşmışdı. Millimizdə də yaxşı oyunlarımız olub. 

    - Karyeranı “Qarabağ”da başa vura bilərdin? Hər halda, sən, Maksim Medvedev və Qara Qarayev bu klubun yetirmələrisiz. Niyə onlar kimi bütün karyeranı “Qarabağ”da keçirmədin?
    - Əlbəttə, mən də karyeramı "Qarabağ"da bitirə bilərdim. Amma belə oldu, fikirləşdik, bu cür qərarlar verdik. Həm mən, həm də klub tərəfindən qərarlar oldu. Hamısı başadüşüləndir. Hər bir qərara hörmətlə yanaşmaq lazımdır. 

    - Maraqlıdır ki, ən yaxşı vaxtlarında belə, legioner həyatı yaşamadın. Niyə xaricə yollanmamışdın? Təklif yox idi, yoxsa özün istəmirdin?
    - Təkliflər həmişə olur. İstəyənlər də var idi. Sadəcə mənim heç vaxt xaricə getmək fikrim olmayıb. Vətənimdən, anamdan ayrıla bilməmişəm. Ona görə heç vaxt legioner həyatı yaşamaq haqda düşünməmişəm.

    -  İndiyə qədər bir çox futbolçu ilə birlikdə oynamısan. Həmin oynadığın futbolçulardan ibarət “11lik” qursaydın, kimlərə yer verərdin?
    - Çox futbolçular var, belə demək çətindir. Fikirləşmək lazımdır. Mənə yaxın futbolçular çoxdur, Şahruddin Məhəmmədəliyev, Rahid Əmirquliyev, Rauf Əliyev....Çox adamın adını çəkə bilərəm. Ona görə də, inciklik olmasın. Heyəti qurmaq üçün gərək fikirləşim. Ümumilikdə, Azərbaycan futbolunun 99 faizini tanıyıram. Hamı mənə, mən də hamıya hörmətlə yanaşıram. Əsas odur ki, futbolçu dönəmindən başıuca, başıdik çıxdıq. Hər bir çətinliyə dözdük və futbolçu karyeramızı başa vurduq.

    - Bundan sonra səni məşqçi, futbol funksioneri kimi görə bilərik? 
    - Bəli, bunlardan biri olacaq. Bu ay artıq B kurslarına başlayıram. İstəyirəm ki, oxuyum və biliyim artsın. Doğrudur, dünyagörüşüm, futbolçu kimi təcrübəm olsa da, baxıram, özümə də deyirlər ki, bilmədiyin çox şey var. Onları da öyrənmək istəyirəm. Məhz buna görə B kateqoriyalı kurslara qatılacam, savadımı artıracam.

    Futbol

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06
    Futbol

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02
    Futbol

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36
    Futbol

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22
    Futbol

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19
    Futbol

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37

    Neymarın büstü və heykəli "Santos" muzeyində nümayiş etdirilir

    31.07.2026 20:10:39

    "Turan Tovuz" hazırlıq oyununda qələbə qazandı

    31.07.2026 19:37:04

    Sərbəst güləşçilərimizdən dünya çempionatına uğursuz start

    31.07.2026 18:56:55

    "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim" - Stoiçkov "Qarabağ"dan danışdı

    31.07.2026 18:43:48

    Qadın güləşçilərimiz medalsız qaldı - YENİLƏNİB

    31.07.2026 18:15:06

    Millimiz pley-offda Monteneqroya uduzdu

    31.07.2026 17:44:14

    "Qalatasaray" və "Fənərbağça"nın sabiq üzvü Azərbaycanı seçdi

    31.07.2026 17:13:48

    Mahir Emrelinin komandasının oyununda erməni hakimlər

    31.07.2026 16:45:12

    Ərəblər "Kəpəz"lə oynamaq istəmədi

    31.07.2026 16:09:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved