“Qarabağ”ın və Monteneqro millisinin oyunçusu Marko Yankoviç 2-ci dəfə ata olub.
Prosport.Az xəbər verir ki, bu barədə futbolçu öz İnstaqram hesabında məlumat paylaşıb. O, yeni doğulan körpəyə Maksim adını verdiklərini açıqlayıb.
Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”da çıxış edən Yankoviçin Niksa adlı daha bir oğlu var (2023-cü il təvəllüdlü).
