"Neftçi" baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Misli Premyer Liqasının XII turunda evdə "İmişi"yə 2:3 hesablı məğlubiyyətdən sonra mütəxəssis istefaya göndərilib.
Çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən paytaxt klubunun yaxın saatlarda rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin sükanı arxasında idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.
