Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir" - Jorj Kaşkilya
    23.11.2025 20:19:23

    Misli Premyer Liqasının XII turunun “Neftçi” – “İmişli” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Gözəl, fantastik qələbə oldu. “Neftçi”nin böyük rəqib olduğunu bilirdik. Onlara qarşı yaxşı hazırlaşmışdıq. “Neftçi”nin necə oynacağını bilirdik. Boşluqlarından istifadə edə bildik. Oyuna çətin başladıq. Penaltidən buraxdığımız qolla geri düşdük. Bu, “Neftçi” kimi komanda ilə oyunda çətin durumdur. Buna baxmayaraq, toparlandıq. Növbəti dəfə geri düşəndən sonra xarakterimiz özünü göstərdi. Oyundan və komandamdan razı qaldım. “Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir.

    – Bu gün Bakıya qələbə üçün gəlmişdiniz, ya bir xal da kifayət edəcəkdi?
    – Uşaqlarla danışanda onları qələbəyə kökləyirik. Rəqibimiz güclü oyun göstərirsə, məqsəd uduzmamaqdır. “İmişli” üçün hər xal qazancdır. Bugünkü 3 xal isə fantastikdir.

    – Xarakteri kənara qoysaq, başqa nəyin hesabına qalib gəldiniz? “Neftçi”də nə çatmadı?
    – “Neftçi” barədə nəsə deyə bilmərəm.

    – Birinci oyunda “Neftçi”yə qol vura bilməmişdiniz. Bu dəfə isə 3 qol vurdunuz, bunlardan 2-si də standart vəziyyətdən idi…
    – İki oyun arasında fərqlər çoxdur. Birinci oyun mövsümün əvvəlinə təsadüf etmişdi. Bizə komandanı formalaşdırmaq üçün vaxt lazım idi. Ona görə ilk oyunda fərqli “İmişli” idi. İndi isə 4 ay keçib və komanda oyununu tapıb. “Neftçi” ilk komanda deyil ki, 3 qol vururuq. İndi məqsədlərimiz daha yüksəkdir. Çox qol vurmaq və hücuma yönəlik oynamaq istəyirik.

    – Son dəqiqələrdə legioner hücumçuları əvəzlədiniz. Sanki artıq 2:2-yə razı idiniz...
    – Almeyda və Juninyo çox qaçmışdı. Komandanın fiziki yenilənməyə ehtiyacı var idi. “Neftçi”nin sürətli hücumları olurdu. Dəyişiklik etməyə səbəb fiziki cəhətdən müqavimət göstərə bilmək idi.

    – Qışda transferlərin olması üçün rəhbərliklə danışacaqsınız ki, büdcə artırılsın?
    – Qış transfer dönəmində oyunçuları almaq daha çətin olur. Xüsusilə də, bizim kimi klublar üçün. “Neftçi”, “Qarabağ”, “Sabah” səviyyəsində deyilik ki, bahalı oyunçu alaq. Biz avrokubokları düşünmürük. Yeni yaranan komandayıq və stabillik istəyirik. Məqsəd bu heyətlə maksimum nəticəni qazanmaqdır. Hədəf elitada stabil komandaya çevrilməkdir. Hazırda transferlər haqda düşünmürük.

    – Qarşıda kubok oyunu var və rəqib son qalib “Sabah”dır. Kuboka necə yanaşacaqsınız?
    – Futbolçuları hər matçda qələbəyə hazırlayırıq. Məqsədimiz ancaq qalib gəlməkdir. Qarşımızdakı rəqibdən də çox şey asılıdır. “Sabah” cütün favoritidir, biz yox. Amma “Sabah” görür ki, “Neftçi”ni mığlub edirik, onlar da ciddi hazırlaşmağa başlayacaq. Onların da məqsədi kuboku qazanmaqdır. Bizim hədəf isə oyundan-oyuna qələbədir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved