Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram" - Ayxan Abbasov
    23.11.2025 17:22:09

    Misli Premyer Liqasının XII turunun “Sabah” – “Şamaxı” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb: 

    – Yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, son oyunlarda qələbələri sıralayırlar. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların performansı bizi sevindirdi. Təəssüf edirəm ki, epizodları dəyərləndirə bilmirik. 100 faizlik şansları qaçırırıq. Bunun üzərində dayanmadan çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Balaunun, Şuaybunun epizodlarını gözləyirdik. Mühüm xal qazandıq. Gələcəyə baxacağıq.

    – Oyundakı mübahisəli epizodlarla bağlı fikirləriniz nədir?
    – Təkrarlara baxmamışam. Oyunun tempi yaxşı idi. Kamranbəy də imkan verirdi oynamağa. Bəzi məqamlarda xırda foullar oldu. Hər şeyə meydançada reaksiya veririk. Yəqin, VAR-da epizodlara baxırdılar.

    – İkinci hissədə hücuma yönəlik oyunçuları çıxırdınız…
    – Bu gün bir hücumçumuz var idi. Həbib, Edqar hücuma daha çox çıxan oyunçulardır. Balaunu irəli atıb, sistemi dəyişdik. Rəqib üstümüzə çox gəlirdi. Olanımız budur, istəyirdik nəsə edək.

    – Rüfət bu gün vinger kimi oynayırdı. Yeni “Toral Bayramov” yetişdirirsiniz?
    – Bugünkü sistem rəqibə görə idi. “Sabah” yaxşı hücum qura bilən komandadır. Cinahlarda oyunçu saxlayır, birə-bir mübarizə aparırlar. Rüfətin özünəinamı artsın deyə hücumda oynatdıq. Rüfət universaldır, bəlkə, gələcəkdə sağda da oynatdıq.

    – “Sabah”ı sankı artıq daha yaxşı tanıyırsınız… 
    – “Sabah” bu gün bizdən bu sistemi gözləmirdi. Çempionatda hər komanda bir-birini yaxşı tanıyır. Bu gün risk etməyi düşündük. Komandamızda anlaşma prosesi artıq daha yaxşıdır.

    – Limitin ləğvindən sonra futbolun keyfiyyəti artacaq deyirdilər. Amma meydanda keyfiyyət görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb? 
    – Çempionatımız çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Serbiya, Danimarka və s. çempionatlara baxırsan, bəzən oyunda heç künc zərbəsi olmur. Bizdə əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.

    – Bu temp, sürətlə keçən çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?
    – Çempionatda göstəricilər var. Oyunun neçə dəqiqə keçməsini təhlil edirik. Bir çox çempionatdan üstünük. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. Düzdür, hər şey ideal deyil, artırmalıyıq. Çempionatın tempi artanda milli də yaxşılacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyət üzvüdür. Rəqabəti də artırmalıyıq.

    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Futbol

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30
    Futbol

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11
    Futbol

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09
    Futbol

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14

    "Neftçi" yeni loqosunu təqdim etdi - FOTO + VİDEO

    24.07.2026 15:48:34

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved