Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sxadadzenin yaratdığı komandanı, oynatdığı futbolu heyranlıqla izləyirəm" - Rəşad Sadıqov
    22.11.2025 21:15:32

    "Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir. Səhv etmirəmsə, "Qəbələ" çempionatımızda ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevirlər. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı, qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinassiyaları var. Onun qarşısını dəf edirdik. Amma 70-ci dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan komandaya qarşı ikinci qolu vurmursansa, sonluq ağır keçəcək. Bu gün də elə oldu. Sonlarda çoxsaylı cərimə zərbələri verdik. Ən çox təhlükəli epizodlar standart vəziyyətdən sonra olurdu. Oyun planında rəqibin qarşısını alırdıq. Futbolçularımı təbrik edirəm. Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar gözləyir. Rəqiblər inamlı mübarizə aparır. Heç kim asanlıqla təslim olmur. Bütün matçlar əzmkar oyun şəraitində keçir. Hesabın necə olacağını son dəqiqələrə qədər proqnoz vermək olmur. Bu rəqabətə tab gətirməyə çalışacağıq. "Kəpəz"lə oyunumuz olacaq. O matça köklənəcəyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XII turunun “Qəbələ” ilə oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?

    - Bilirsiniz, VAR olanda baş hakim də daha rahat qərar qəbul edir. Bilir ki, onu sığortalayan var. Bəlkə də VAR olmasaydı,  özü qərar qəbul edərdi. Hər iki penalti çətin epizodlar idi. Onu görmək şansı yox idi. Xırda foullar çox oldu. Elvin bəy gənc hakimimizdir, Premyer Liqada yeni-yeni təcrübə toplayır. Biz də oyunboyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.

    - "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?

    - Oyunun gedişatı onu göstərdi ki, bəlkə də qırılma nöqtəsi idi. Amma qol buraxsaydıq, ikinci hissədə fərqli oyun gedəcəkdi. Qol oyunu və gedişatı dəyişir. Biz qol vurduq, 2-ci hissədə nəticəyə görə narahat idik. Biz qol buraxsaydıq, daha böyük qüvvə ilə irəli gedəcəkdik. 30-cu dəqiqədə qaçan penaltiyə heç vaxt oyunun qırılma nöqtəsi deyə bilmirəm. Son dəqiqələrdə olsaydı, təbii ki, qırılma nöqtəsi olardı. "Qəbələ" həqiqətən də yaxşı kollektivdir, Kaxaber Sxadadzenin yaratdığı komandanı, oynatdığı futbolu heyranlıqla izləyirəm.

    - "Kəpəz"lə qarşılaşacaqsınız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?

    - Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zəruriyyətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.

    - "Kəpəz"ə qarşı görüş süni örtüklü meydançada olacaq...

    - Biz sırf olaraq həmin görüşlə bağlı hansısa rotasiya planlaşdırmışıq. Bizdə əsas 11 nəfər oyunçu deyə bir şeyimiz yoxdu. Ola bilər ki, bu gün start heyətində meydana çıxan futbolçu qarşıdakı oyuna "onbirlik"də başlamasın. Ya da, fərqli. Bu da "Neftçi" ilə bağlı deyil. Biz bu dəqiqə "Neftçi" matçını düşünmürük. Vacib üç xal tapışırığı var qarşımızda. Çempionatın necə getdiyini görürsüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək. Bu bir reallıqdır. Ona görə də bütün fikrimizi ilk növbədə çempionata yönəldəcəyik. Qəribə məqam odur ki, kubokla bağlı ən çox fikir bə irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. İndi ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildir ki, eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki, ehtimal olaraq deyirəm bunları. Digər komandalara hörmətsizlik olmasın. Ən çətin yoldur. Bizim üçün prioritet həmişə çempionat olub. Kubokda irəliləmək istəyirik. "Neftçi"nin nə dərəcədə iddialı olacağını bilirik. Biz seçmirik, seçmə periodu deyil. İlk növbədə fikrimizi "Kəpəz"lə oyuna yönəldəcəyik.

    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Futbol

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30
    Futbol

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11
    Futbol

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09
    Futbol

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24
    Futbol

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14

    "Neftçi" yeni loqosunu təqdim etdi - FOTO + VİDEO

    24.07.2026 15:48:34

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved