Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Kaxaber Sxadadze "Neftçi"nin qapıçısını istəyir
    22.11.2025 20:19:05

    "Qələbə münasibəti ilə "Zirə"ni təbrik edirəm. Yaxşı oyun oldu. Bunu gözləyirdik. Futbolçularım əllərindən gələni etdilər, maksimum şəkildə mübarizə apardılar. Özünüz də görürsüz, hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq. "Sumqayıt"la oyunda belə penalti oldu. İlk dəfə idi ki, müdafiədə çox diqqətli oynayırdıq. "Zirə" təcrübəli komandadır. Bu səviyyədə oyunlarda belə səhvlərə yol vermək olmaz. Futbolçularımın təcrübəsi çatmır. Süleyman Damadayev çox çalışır, çox mübarizə aparır. Amma bu səviyyədə belə kobud səhvlərə yol vermək olmaz. Biz bundan çox ziyan çəkirik. "Zirə" çox yaxşı müdafiə olunan komandadır. Onlara qol buraxdıqdan sonra qol vurmaq çətindir. Standart vəziyyətlərimiz çox olur. Amma onlardan sonra biz rəqib qapısına təhlükəli epizod yarada bilmirik. Sadəcə bunun üçün keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun. İndi heç nəyi dəyişə bilmərik. Qışa kimi döyüşməli, mübarizə aparmalıyıq. Sonra heyəti gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının XII turunun “Zirə” ilə oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Komanda uduzsa da, mübarizə aparırsız, komandada sistem görünür...

    - Çox sağ olun ki, siz bunu dəyərləndirirsiz. Oyunların gedişatında dəyişikliyi az və gec edirik. Buna baxmayaraq, futbolçular funksional olaraq hazır olurlar, oynayırlar.Təşəkkür edirəm ki, əməyimizi dəyərləndirirsiz. Bu mövzuya qayıtmaq istəmirəm. Əvvəllər də qeyd etmişəm ki, bizdə futbolçu azdır. Ötən mövsüm yerli uşaqlar var idi ki, komandada I Liqada oynadılar. Onlara böyük hörmətim var, çox istəyirəm onları. Amma onların yanında yerli təcrübəli futbolçular da olmalıdır ki, onlar inkişaf etsinlər. Sadəcə futbolçu çatışmır. "Zirə"də 15-16 legioneri var.  Bizdə cəmi 9 legioner var. Etiraf edirəm ki, seleksiya işində yayda bir qədər pis işlədik. 

    - Penalti epizodundan yararlana bilmədiniz...

    - Biz iki nəfərin adını yazmışdıq. Biri Sanqare, digəri Ba Luadır. Bu elə məqamdır ki, futbolçu o epizodda özünü necə hiss edir, hazırdırsa, özü qərar verir. İlk adını çəkdiyim futbolçulardan sonra Domi də var ki, o da penalti vuranlar siyahısındadır. Sanqare məsuliyyəti öz üzərinə götürdü ki, vursun. Mən də kənardan konkret müdaxilə edə bilmərəm. Qolu kimin vurmasının ciddi fərqi yoxdur.

    - Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiniz?

    - Fariz Nəcəfov elə insandır ki, uzun illərdir futboldadır, kluba da bəlli büdcə ayrılıb. Əsas məsələ odur ki, büdcədən düzgün istifadə edək. 100 faiz transferlər olacaq. Bir həftə əvvəl Fariz Nəcəfovla görüşdük. Söhbətimiz oldu ki, qışa qədər döyüşək. Əsas odur ki, kobud səhvlərə yol verməyək. Bu da təcrübədən irəli gələn məsələdir. Bizə yerli, yaxşı futbolçular lazımdır. Mən əvvəllər harda işləmişəmsə.... Məsələn, "İnter"də yerli futbolçulara şans verirdim, Azər Salahlı və digərlərinin adını çəkə bilərəm. "Qəbələ"də də U-21 yığmasının üzvləri var. Son matçda da Cəbəllütariqə qarşı oynadılar. Sadəcə, həmin gənclərin yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəlilər lazımdır ki, inkişaf etsinlər.

    - Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

    - Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər. 

    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Futbol

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30
    Futbol

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11
    Futbol

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09
    Futbol

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32

    Klopp bu tarixdə debüt edəcək

    24.07.2026 16:43:24

    Azərbaycan futboluna yeni klub gəlir

    24.07.2026 16:39:38

    "Zirə"nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

    24.07.2026 16:14:14

    "Neftçi" yeni loqosunu təqdim etdi - FOTO + VİDEO

    24.07.2026 15:48:34

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved