Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakimlikdən danışmağa başlasaq, futbolu unudacağıq" – Elmar Baxşıyev
    22.11.2025 18:08:35

    Azərbaycan Premyer Liqasının XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – Mübarizəli oyun oldu. Hər iki komanda yaxşı iş ortaya qoydu. Bəzi anlarda oyuna diqtə edirdik. “Turan Tovuz”un da üstün olduğu anlar var idi. Çətin oyunlar keçir. “Turan Tovuz” ağır komandadır. Bu gün hər iki komanda bir xal qazandı.

    – İkinci hissədə istədiyiniz hücumları qura bilmədiniz. Nə alınmadı?
    – Futbolçular öndə müdafiəyə diqqət etdilər. Düzdür, belə tapşırıq verilməmişdi. Hücumlar da edirdik. Sadəcə epizodlaır düzgün dəyərləndirə bilmirdik. Rəqib də əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Hər iki komanda yaxşı oynadı.

    – Bu arenada oynamağın komandaya hansısa təsiri var?
    – Ümumi götürsək, oynadığımız stadion da bizim üçün ev sayılmır. Hamı bilir ki, haranı təmsil edirik. Mən də, rəhbərlik də, komanda da istərdik ki, azarkeşlərimiz qarşısında oynayaq. Məndən asılı məsələlər deyil. Bura gələndən istəyim Naxçıvanda oynamaqdır. Bu da komandaya üstünlük verir. Ümidliyik. Nə vaxtsa qayıdacağıq. Futbolçular peşəkardır. İstənilən arenaya uyğunlaşa bilirik.

    – Neçə ildən sonra Naxçıvana qayıdacaqsınız?
    – Mənə aid sual deyil.

    – Turnir cədvəlində 6-cısınız. Nə üçün komanda zəif təsir bağışlayır. 
    – Mövsümün əvvəlidir. Zəif oynadığımızı düşünmürəm. Zaman keçdikcə daha yaxşı olacağıq.

    – Qurban Berdiyev dedi ki, hakimlərdən danışsaq da, fikirlərimiz önəmli deyil. Siz bu gün idarəçilik haqda nə düşünürsünüz?
    – Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq. Bütün dünyada belə problemlər yaşanır. İnanıram ki, referilər oyunun ritminə təsir etməz. Bu gün də xırda epizodlar var idi, etirazlarımız oldu. Bunlar futbolun içində olan elementlərdir.

    – Simakalanın tez əvəzlənməsi nə ilə bağlıdır?
    – Sarı vərəqəsi var idi. Ehtiyat edirdik. Simakala hörmətsizlik edə biləcək oyunçu deyil.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved