Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
    21.11.2025 21:46:38

    Misli Premyer Liqasının XII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Azarkeşlərə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm, “Napoli” ilə oyunda yaxşı nəticə qazanarlar. Bu gün baxımlı futbol alındı. 6 qol, çoxlu qol imkanları var idi. Azarkeşlər üçün də maraqlı oyun oldu. İlk 10 dəqiqədə oyunumuz bir az alınmadı. Rəqibdən sanki çəkinirdilər. Lakin qoldan sonra toparlandıq və maraqlı oyun göstərdik. İkinci hissəyə yaxşı başladıq. Ancaq Rayan Senhacinin qırmızı vərəqə alması işimizi çətinləşdirdi. “Qarabağ” kimi komandaya qarşı 10 nəfərlə də şanslar yaratdıq.

    – Senhacinin qovulması, penaltini vura bilməməyiniz nəticəyə təsir etdi?
    – Qırmızı vərəqənin düzgün qərar olduğunu düşünmürəm. Lakin hakim qərarını verib. “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Penalti vuranımız Yankoviç idi, amma oyunda olmadığı üçün Ramalinqom topu götürdü.

    – Səbuhi Abdullazadə kapitandır və penaltini vurmaq istəyirdi. Amma Ramalinqom buna icazə vermədi. Hansısa tədbir görüləcək?
    – Ramalinqomla söhbətim olub. Ancaq onu da başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Amma səhv mənimdir. Gərək penalti vuranları əvvəlcədən müəyyənləşdirəm.

    – Azı 1 xal qazanmaq üçün nə çatmadı?
    – “Qarabağ” kimi komandaya qarşı oynayanda müdafiədə səhvlər qaçılmaz olur. Futboldur, imkanlarımız oldu, dəyərləndirə bilmədik.

    – “Qarabağ”ı məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz. Onlara qarşı oynamağın yolunu tapmısınız?
    – “Qarabağ” Azərbaycanın ən güclü klubudur. Güclərini Avropada da göstərirlər. Müəyyən şanslarımız var idi. Lakin səhvlər də etdik. Xüsusi bir şey yoxdur.

    – Ramalinqomu heç bir halda penalti vuran görməyəcəyik?
    – Bunu deyə bilmərəm.

    – Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
    – Normal oyun idi. Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. Bundan sonra oyun dəyişdi. Komandamdan razıyam. Azlıqda olsaq da, qol vurduq.

    – Bu gün sanki ilk dövrədəki qələbə qazanan “Sumqayıt”dan daha yaxşı komanda var idi. Razısınız?
    – Nəticə olaraq, ilk oyun yaxşı idi. Amma azarkeşlər üçün bugünkü matç daha baxımlı alındı. Son ötürmələrdə çatışmazlıqlar oldu. İnanmıram ki, “Qarabağ” bundan sonra hansısa oyunda iki qol buraxa.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved