Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarşımıza elə qaydalar qoyurlar ki, səhv dediyimizi düşünürük" - Qurban Qurbanov
    21.11.2025 21:29:16

    Misli Premyer Liqasının XII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Fasilədən sonra istər-istəməz oyunçular ritmdən düşür. Bu da gedişatda hiss olundu. Çox yaxşı, maraqlı oyun alındı. Yaxşı dinamika, mübarizə var idi. “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır. Oyuna fərqli sistemlə başladılar. Başqa cür hazırlaşmışdıq biz. Lakin getdikcə oyunu yaxaladıq. Meydanda əsl futbol atmosferi var idi.

    – Rəqib baş məşqçi sizi sanki təbrik etmədi…
    – Xeyr, edib. Səhv görmüsünüz.

    – Joni Montiel “Napoli” ilə oyuna nə dərəcə hazırdır?
    – Düzdür, “11-lik”də olması çətin görünür. Bu gün ilk dəfə startda meydana çıxdı. 45 dəqiqə oynatmağı düşünürdük. Özünü yaxşı tərəfdən göstərdi. İdman formasını qaytarmağa vaxt lazımdır. Startda olmasa da, gedişatda meydana çıxa bilər.

    – Elvin Cəfərquliyev tam sağalmadığı üçün ehtiyatda idi?
    – 2-3 gün olar düzəlib. İdman formasını bir az itirib.

    – Ötən fasilədən sonra “Turan Tovuz”u, bu dəfə də “Sumqayıt”ı məğlub etdiniz. “Napoli” ilə matç ərəfəsində bu görüşə köklənmək çətin olmadı?
    – İstərdim, 2-3 gün vaxtımız olsun. Amma əfsuslar olsun, yoxdur. Çalışacağıq, yaxşı hazırlaşaq. Lazım olan elementləri futbolçulara göstərməyə çalışacağıq. İlk dəfə deyil bu hal yaşanır.

    – “Sumqayıt”ın oyunçusunun qırmızı vərəqə alması ağır qərar idi?
    – Ola bilər. Ümumiyyətlə, futbol kontakt oyunudur, aqressivdir. Emosiyaları bəzən qoruya bilməyə bilərsən. İstərdim ki, bəzən sərt qərarlar verilməsin. Ancaq qarşımıza elə qaydalar qoyurlar ki, səhv dediyimizi düşünürük. Ola bilər, qırmızı vərəqə qərarı səhv idi.

    – Son zamanlar sanki emosional reaksiyalar verirsiniz. Bu, nə ilə bağlıdır?
    – Həyatda emosional olmayan insan varmı?

    – Həmişə təmkinli olmusunuz…
    – Bəzən ola bilər. Oyunun əvvəlində bir az emosional ola bilərəm. Amma sonra olmadı (gülür).

    – Aleksey Kaşşuk qoldan sonra sanki axsayırdı…
    – Deyəsən, ayağına zərbə olmuşdu.

    – “Bu şəhərdə”nin konsertində sizi parodiya etmişdilər. Buna münasibətiniz nədir?
    – Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm.

    – Kadinin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?
    – Belə hallar olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız da yaxşı səviyyədə keçir. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

    – “Napoli” ilə oyunda əsas heyət necə olacaq?
    – Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

    – “Napoli” ilə oyunda sürpriz olacaq?
    – Yaxşı mübarizə aparmağa çalışacağıq.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved