Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Pərdə arxasında görünməyən o qədər problem var" - Azər Həşimov
    21.11.2025 17:02:20

    "Karvan-Yevlax" Misli Premyer Liqasının XII turunda doğma meydanda "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Həşimov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq.

    - Azarkeşlər oyunun sonunda sizi istefaya çağırdılar. Buna münasibətiniz necədir?

    - İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ heç nə deyə bilmərəm.

    - Vüsal Məsimovu əvəzləmək istədiniz, amma o meydandan çıxmadı. Məşqçilər korpusu 25 yaşlı futbolçuya sözünü keçirə bilmirsə, digər oyunçulara necə keçirə bilər?

    - "Araz-Naxçıvan"la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin.

    - Sizin dediklərinizlə meydanda gördüklərimiz üst-üstə düşmür. Həmin epizoddan bir neçə dəqiqə sonra Vüsal texniki zonaya yaxınlaşıb "mən çıxmayacağam" dedi...

    - İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur.

    - "Kəpəz" Premyer Liqada qalmaq mübarizəsində əsas rəqibinizdir. Bununla belə, Yevlax şəhər stadionunda onların oynamasına razılıq verilib. Bu nə dərəcədə düzgündür?

    - Buna mən qərar verməmişəm. Rəhbərliyə aid sualdır. Suala cavab verə bilmərəm.

    - Sizcə, bu gün niyə uduzdunuz?

    - Penalti epizodunda futbolçular bir az diqqətsiz yanaşdılar. Rəqibin də, bizim də qol imkanlarımız oldu.

    - "Kəpəz", "Karvan-Yevlax" və "Qəbələ" Premyer Liqanı tərk etməyə namizəd kimi görünür. Sizcə, bu 3 komandanın içində zəif bənd kimdir?

    - Bu mövsüm mənim Premyer Liqada debütümdür. Bizim çətinliklərimiz çox olub. Deyərdim ki, hamısının şəraiti bizdən yaxşıdır. Meydança problemimiz var idi. 2 həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi məşqçidə görür.

    - Doğma meydanda məğlubiyyətlər davam etdikcə təzyiq çox olacaq. Bu haqda nə deyə bilərsiniz?

    - Bu, futbolun bir hissəsidir. Mətbuat da, azarkeşlər də təzyiq edə bilər. Təzyiqdən çıxacağıq və daha yaxşı olacağıq.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved