"Neftçi"nin iki futbolçusu Misli Premyer Liqasında ilin son oyununu buraxacaq.
Prosport.Az xəbər verir ki, bunlar Vensan Abubakar və Sessi d`Almeydadır. Hər 2 oyunçu XVI turda "Karvan-Yevlax"la matçda komandaya kömək edə bilməyəcək.
Abubakar Kamerun, d`Almeyda isə Benin millisinin heyətində Afrika Millətlər Kubokuna qatılacaq. Turnir 21 dekabr - 19 yanvar aralığında təşkil olunacaq.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" görüşü dekabrın 19-da keçiriləcək.
