“Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Prosport.Az xəbər verir ki, bunu, eləcə də Gəncə klubunun müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.
Qərara əsasən, Misli Premyer Liqasının XIII turundan etibarən “Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçiriləcək.

