Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyada təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.
Prosport.Az xəbər verir ki, komandamız III turda ABŞ (0,5:3:5), IV turda isə FIDE kollektivinə (1:3) uduzub.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün A qrupunda Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.
