"Qarabağ" Misli Premyer Liqasının XII turunda "Sumqayıt"la oyuna itkilərlə çıxacaq.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanov bu görüşdə Kadi və Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək.
Hər 2 futbolçu zədəli olduğu üçün çempionat matçını buraxacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü noyabrın 21-də keçiriləcək və saat 19:00-da başlayacaq.

