FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan yığması 1132.97 xalla 127-ci sıradadır. Millimiz ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.
Ayxan Abbasovun başçılıq etdiyi komanda bu ay DÇ-2026-nın seçmə mərhələsində öz meydanında İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.
Reytinqə 1877.18 xalla İspaniya başçılıq edir. Argentina 1873.33 xalla 2-ci, Fransa isə 1870 xalla 3-cüdür.

