Türkiyə millisi və "Qalatasaray"ın canlı əfsanəsi Hasan Şaş məşqçi karyerasını Azərbaycanda bərpa edə bilər.
Prosport.Az sportinfo.az-a sitinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis hazırda ölkəmizdən bir klubla danışıqlar aparır.
Həmin komanda hazırda aşağı liqada mübarizə aparır, amma iddialıdır və hədəfi ən yaxın tarixdə Premyer Liqaya vəsiqə qazanmaqdır.
Vaxtilə "Qalatasaray"da Fatih Terimin köməkçisi işləmiş keçmiş yarımmüdafiəçi artıq sərbəst çalışmaq niyyətindədir.
Tərəflər arasında ilkin görüşlər olub, anlaşma barədə danışmaq hələ tezdir.
