Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi" - Rəşad Eyyubov
    19.11.2025 16:58:32

    "Bilirdik ki, oyun çətin olacaq".

    Prosport.Az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən matçla bağlı danışarkən deyib.

    Baş məşqçi millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdəki çıxışından razı qaldığını deyib: “Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi”.

    Rəşad Eyyubov qarşılaşmada qələbə qoluna imza atan Murad Məmmədovun bu cür performansına təəccüblənmədiyini söyləyib: “Murad Məmmədovun matçın açar oyunçularından biri olacağını bilirdim. Çünki o, əla keyfiyyətlərə malikdir. Ümid edirəm ki, bu qol Murada daha da çox özünəinam verəcək. Bu nəticənin futbolçuların inkişafı üçün müsbət impuls olacağına inanıram”.

    O, əsas yığmanın rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb: “Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi”.

    R.Eyyubov A millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub: “Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq”.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved