“Xorvatiya matçdan əvvəl də favorit sayılırdı. Güclü və sabit komandadır, onlara qarşı 90 dəqiqə maksimum səviyyədə oynamaq lazımdır".
Prosport.Az xəbər verir ki, bu sözləri DÇ-2026-nın seçmə mərhələsində Monteneqro millisinin heyətində Xorvatiyaya qarşı 90 dəqiqə oynayan "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.
Yarımmüdafiəçi meydanda tam güclərini ortaya qoyduqlarını bildirib: "Hesabda irəli olduğumuz anlar vardı. Bir neçə çox yaxşı imkan yaratdıq, amma nəticə üçün kifayət etmədi”.
Qeyd edək ki, qarşılaşma Xorvatiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
