"Neftçi"nin hücumçusu Alessio Kurçinin şərəfini qoruduğu Lüksemburq millisi DÇ-2026-nın seçmə mərhələsinin A qrupunda 6-cı turda Şimali İrlandiya ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Belfastda keçirilən matç qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Kurçi bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Lüksemburq öz qrupunda xal qazana bilməyərək 4-cü yeri tutub.

