Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın qapıçısı: "Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - MÜSAHİBƏ
    18.11.2025 10:40:47

    “Qarabağ”ın qapıçısı Mateuş Koxalski keçmiş klubu “Stal”ın (Melets) mətbuat xidmətinə müsahibə verib. Prosport.Az xəbər verir ki, o, milliyə dəvət olunmasından, ölkəmizdən və s. danışıb.

    – “Qarabağ” forması ilə Çempionlar Liqasındakı çıxışınız azarkeşləri təəccübləndirir. Son bir ildə həyatınızın nə qədər dəyişdiyini düşünürsünüz?

    – Bütün matçlarımdan tam razı qaldığımı da deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. Meletsdə yaşadığım çox anlar var ki, onlar həmişə yaddaşımda qalacaq.

    – Polşa millisinə çağırılmağınızı ailəniz necə qarşıladı?

    – Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır. O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi.

    – Millinin toplanışına Robert Levandovski kimi ulduz və digərləri sizi necə qarşıladı?

    – Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Komandaya uyğunlaşmağım üçün çalışdılar. Bəziləri bir qədər az danışdı. Bu da normaldır.

    – Azərbaycanda klub karyeranız necə başladı? “Qarabağ”a keçəndə nə gözləyirdiniz?

    – Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.

    – Azərbaycandakı həyat şəraiti Polşadan çox fərqlənir?

    – Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandır. Burada kimisə narahat edə biləcək heç nə yoxdur.

    – Sevgiliniz Azərbaycana gedəcəyinizi eşidəndə necə reaksiya verdi?

    – Daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.

    – Ev icarəyə götürmüsünüz, yoxsa oteldə qalırsınız?

    – İcarəyə götürmüşəm. Yayda dəyişdim. Əvvəl mərkəzdə yaşayırdım, indi bir az kənara köçmüşəm. Məşqdən kənarda sakit həyatı daha çox sevirəm.

    – Məşq sistemi “Stal”dan çox fərqlənir?

    – Polşada olduğum bütün klublardan çox fərqlidir. “Qarabağ”da daha çox məşq olur. Klubda 7–8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqə qədər yüngül yuxu. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.

    – Çempionlar Liqasında çox yaxşı çıxış edirsiniz. “Qarabağ” TOP-5 liqalardan hansında daha rahat oynaya bilər?

    – Fransa liqasında. Orada bir neçə komanda hər il çox güclüdür, amma qalanları bizə yaxındır.

    – Azərbaycanda azarkeşlər necədir? Stadionlara çox adam gəlir?

    – Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir — amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.

    – Komandada qapıçı mövqeyində rotasiya var. Hər oyunda siz oynamırsınız…

    – Bəli, burada Azərbaycan millisinin qapıçısı da var. O da daim oyun ritmində olmalıdır. Baş məşqçi həmişə çox rotasiya edib və hələ də edir — yalnız qapıçı yox, bütün komanda üzrə.

    – Şahruddin Məhəmmədəliyevlə rəqabətiniz necədir? Sağlam rəqabətdir?

    – Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir.

    – Azərbaycanda şəxsi olaraq nəyin çatışmazlığını hiss edirsiniz?

    – Sevgilimin və itimin yanımda olmasını istəyərdim. Onlar olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.

    – “Roma” və “Borussiya” (Dortmund) kimi klubların sizinlə maraqlandığı yazılır. TOP-5 liqalardan həqiqətən maraq var?

    – Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved