21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.
Prosport.Az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.
