"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam".
Prosport.Az xəbər verir ki, bu sözləri Moskva "Dinamo"sunun futbolçusu Ülvi Babayev "Championat" nəşrinə açıqlamasında deyib.
21 yaşlı yarımmüdafiəçi AFFA-dan heç kimin ona müraciət etmədiyini bildirib: "Açığı, mən özüm də bunu düşünmədim. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var".
Qeyd edək ki, daha əvvəl mətbuatda AFFA-nın Ülvi Babayevi Azərbaycan millisinə cəlb etmək üçün danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.
