Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Fransa millisi Azərbaycanla oyunda: Seriya davam etdi, Mateta tarixə düşdü
    17.11.2025 11:47:48

    Ötən gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda Azərbaycan və Fransa yığmaları arasında keçirilən oyun (1:3) rəqib komanda üçün bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.

    Prosport.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Didye Deşamın baş məşqçisi olduğu kollektiv 11 ildən sonra ilk dəfə hesabda geri düşdüyü səfər matçını qalibiyyətlə başa vurub. Oxşar hal sonuncu dəfə 2013-cü ildə Belarusla görüşdə (2:4) təkrarlanmışdı.

    Həmçinin Fransa millisi dünya və Avropa çempionatlarının seçmə mərhələsindəki məğlubiyyətsizlik seriyasını 29 oyuna çatdırıb (23 qələbə, 6 heç-heçə). Bu seriya 2019-cu ildə Türkiyəyə 0:2 hesablı məğlubiyyətdən sonra başlayıb.

    Fransa seçməsi ardıcıl 2 qarşılaşmada tamamilə fərqli start heyətləri ilə meydanda olub. Belə hal sonuncu dəfə 2010-cu ildə Cənubi Afrika Respublikası və Norveç yığmalarına qarşı görüşlərdə qeydə alınıb.

    Matç, həmçinin fransalı futbolçular üçün fərdi rekordlarla da yadda qalıb. Jan-Filipp Mateta Fransa yığmasında start heyətində meydana çıxdığı ardıcıl 2 debüt matçında qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Bu göstəriciyə sonuncu dəfə 2004-cü ildə Lui Saha imza atmışdı.

    Komandanın qapıçısı Lyuka Şevalye isə oyunun 4-cü dəqiqəsində qapısından top buraxaraq, son 90 ildə millidə debüt edən qapıçılar arasında ən tez qol buraxan qolkiper olub. Bu göstərici sonuncu dəfə 1935-ci ildə Rene Llens tərəfindən qeydə alınıb.

    Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıb.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved