Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurbanovun öz işi, mənim öz işim var" – Ayxan Abbasov
    15.11.2025 21:34:21

    Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Çətin rəqibə qarşı oynayacağıq. Səfərdə də onlara qarşı ağır oyun keçirmişdik. Futbolçularım həmin görüşdə mübarizə aparmışdı. 70 dəqiqəyə qarşı yaxşı oynamışdıq, sonra rəqib təzyiqi artırıb, çətinlik yaşatmışdı. Sabah heyətdə dəyişikliklər ola bilər. Rəqibdə yaxşı gənc oyunçular var. Onlar da şans qazansa, özlərini göstərməyə çalışacaqlar. Bizim də itkilərimiz var. Təəssüf ki, dünən də Toral Bayramov da zədələndi. Lakin meydana çıxacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçular yaxşı mübarizə aparacaq. Belə komandayla mübarizə aparmaq özü yaxşılığa doğru bir şeydir.

    – Seçmə mərhələnin son oyunudur. Sabah nədənsə qorxmamalıyıq. “Avtobus”u kənara qoyub, hücum futbolu oynamağı düşünmürsünüz?
    – Fransaya qarşı bütün komandalar çətinlik çəkir. Yanaşmağımıza baxaq, İslandiya ilə iki matç arasında çox fərq var. Ən çox hücum etdiyimiz bundan öncəki İslandiyaya qarşı oyun idi. Qol epizodları da yaratmışdıq. Əvvəl 1-2 epizoda sevinirdiksə, bu matçda 6 real şansımız olmuşdu. Futbolçular da hücum etmək istəyir, rəqibdən çox şey asılıdır. Sabah əsas məqam mübarizə aparmaqdır. Ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında olan komandalar da həm hücum edir, həm müdafiə olunur. Təəssüf ki, indi biz ancaq müdafiə üzərində dayanırıq. Sabah öz yanaşmamız olacaq.

    – Heyətdə itkilər artır. Hazırda sol cinah müdafiəçisi oynaya biləcək tək oyunçu Rüfət Abbasov qalıb. Sabah onun 90 dəqiqə mübarizə aparmağa gücü çatacaq?
    – Sol müdafiəçilərin zədələnməsi bizi çətinə saldı. Amma Rüfət debüt oyununda yaxşı çıxış etdi. Axşam heyətlə bağlı qərarımızı verəcəyik.

    – Yunis Hüseynov bildirib ki, Ayxan Abbasov “Turan Tovuz” haqda danışmasın…
    – Bu mövzulara toxunmayaq. Burda oturmuşamsa, bütün klublar mənimçün eynidir, hamısına hörmətlə yanaşıram. Heç bir kluba hörmətsizlik etməmişəm.

    – İlqar Qurbanov köməkçilərinizin sırasında əyləşməsi nə ilə bağlıdır?
    – Bütün dünyada belədir. Təəssüf ki, indi nələrsə axtarışındayıq. Qurbanovun öz işi, mənim öz işim var.

    – Şahruddin Məhəməddəliyevin cəzası bitib. Sabah ona şans veriləcək?
    – Şahruddin birinci qapıçımızdır. Sabah da qapıda o olacaq.

    – Toralın durumu necədir?
    – Birinci dərəcəli dartılma var. 5-6 gün bərpa keçməlidir.

    – Didye Deşam dedi ki, sabah qarşımızda inadkar komanda olacaq. İbrahima Konate də millimizin oyununun onları təəccübləndirdiyini dedi. Sabah nəticə ilə onları təəccübləndirə bilərik?
    – Niyə də yox? Futbolda indi hər nəticə olur. Futbolçularımız da inanır. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Qrupumuzda həm İslandiya, həm Ukraynanın şansı var. Başqa qruplara baxanda, demək olar, hər birində zəif kollektivlər var. Bizim qrupda isə daha güclü komandalardır.

    – Stadionun dolu olması gözlənilir. Azarkeşlər də ulduz futbolçular görmək istəyir. Sabah fanatlar üçün hansısa sürpriziniz var?
    – Klublarımızla da böyük komandalar oynayanda tribunalarda fərq olur. Mübarizə aparmağa çalışacağıq. İnşallah, onları sevindirə bilərik.

    – Fransa yığmasında çox dəyişiklik olacaq. Sizinçün prestijli səfər qazanmaq adına fürsət ola bilər…
    – Rəqib mundiala vəsiqəni təmin edib. Bilirik ki, gənclərə şans veriləcək. Amma o gənclər də Avropanın top klublarında oynayanlardır. Bizimçün rəqibin fərqi yoxdur, eyni mübarizəmizi aparacağıq.

    – Deşam qrupu maksimum nəticə ilə bitirmək istədiklərini deyib. Bəs sizin əsas motivasiyanız nədir?
    – Bu komandalar həmişə meydana qələbə üçün çıxır. Motivasiyamız böyük komandalara qarşı mübarizə aparmaq, xalımızı artırmaqdır. Futbolçular belə oyunlarla bərkiyir, böyüyür.

    – Əvvəl yerli məşqçi davası edirdik, gəldi. İslandiya ilə oyundan sonra isə hamı deyir ki, material yoxdur, limit ləğv olunub. Millinin məşqçisi kimi materialı necə dəyişəcəksiniz?
    – Heyətlə bağlı problemlər yaşayırıq. Millətlər Liqasında itkilərimiz olmasa, yaxşı mübarizə apara bilərik. Qarşıda vaxt var. Futbolçular formada olmalıdır. Formada olmaq üçün də oynamalıdırlar. Milliyə oyunçu hazır gəlməlidir. Onu 3-4 günə hazır etmək olmur. Eyni zamanda seçimlərimiz də olmalıdır. Limitə baxmadan, yerli oyunçular mübarizəni udmalıdırlar. Bu gün 4 hücumçumuz da formada olsa, seçim edə, daha yaxşı ola bilərik. Potensialımız var, amma tam formada deyilik.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved