Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Prosport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.
Daha əvvəl Ağdam klubunun digər oyunçusu Elvin Cəfərquliyev eyni səbəbdən yığmadan kənarlaşdırılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.
