Azər Bağırovun gəlişindən sonra “Kəpəz” ilk ciddi transferini rəsmiləşdirmək üzrədir.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Sabah” klubunun sabiq qapıçısı, yayda Kosovanın “Malişeva” klubuna transfer olunan Yusif İmanovu heyətinə qatıb. İddialara görə, 23 yaşlı qolkiper artıq komandanın düşərgəsindədir.
Qeyd edək ki, "Sabah"ın yetirməsi olan Yusif İmanov yay fasiləsində sabiq klubu ilə vidalaşmışdı. Onun Kosova klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

