DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Prosport.Az xəbər verir ki, hər 2 tədbir oyundan 1 gün öncə – noyabrın 15-də olacaq.
Fransa millisinin baş məşqçisi Didye Deşamın mətbuat konfransı 17:00-da təşkil olunacaq. Yığmanın çalışdırıcısı Ayxan Abbasov isə 19:30-da media önünə çıxacaq.
Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

