Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İslandiya ümidlərini son tura qədər qorumaq üçün Azərbaycana qalib gəlməlidir" – Hannes Haldorsson
    13.11.2025 12:10:54

    "Azərbaycan millisi evdə daha güclü oynayır".

    Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq qapıçısı Hannes Haldorsson AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

    İslandiyalı qolkiper bu gün baş tutacaq Azərbaycan - İslandiya matçını dəyərləndirib: "Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır. Bizi çox çətin qarşılaşma gözləyir. Demək olar, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir".

    O, "Qarabağ"da birlikdə oynadığı komanda yoldaşları haqqında da fikirlərini bildirib: "Vaxtilə "Qarabağ"ın formasını geyinməyim bu matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim, Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni əsirgəmədi".

    H.Halldorsson Azərbaycandakı günlərini də xatırlayıb: "Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəmlə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və ona salamlarımı çatdırıram.

    Keçmiş qolkiper Ağdam klubunun uğurlarına sevindiyini də gizlətməyib: "Qarabağ"ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün qarşıdakı oyunun nə qədər çətin olacağını göstərir. "Qarabağ" böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram".

    Qeyd edək ki, H.Halldorsson 2018/2019 mövsümündə "Qarabağ"da çıxış edib. Azərbaycan çempionatlarında oynamış yeganə islandiyalı futbolçu 2022-ci ildə karyerasını başa vurub. O, İslandiya yığmasının heyətində 77 matçda forma geyinib.

    Azərbaycan - İslandiya matçı 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved