Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
"Palm Sports Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 4 oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.

