Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
– Bizi çətin oyun gözləyir. Qarşımızda ciddi rəqib var. Oyuna hazırlaşmışıq. Ümid edirəm ki, sabah yaxşı performans göstərəcəyik.
– Ayxan Abbasovun gəlişindən sonra millidə nə dəyişib?
– Çox şey dəyişməyib. Sadəcə görürsünüz ki, ruhumuz, kollektivimiz var. Çalışırıq ki, yaxşı nəticə göstərək. Bilirik ki, nəticələr də olmalıdır. Sabah gücümüzü göstərə bilərik.
