Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Həmin 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı?" – Ayxan Abbasov
    12.11.2025 20:00:28

    Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

    – Bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayacağıq. Rəqib üçün də önəmli matçdır, şanslarını itirmək istəməyəcəklər. Futbolçulara inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Rəqib son oyunda Fransaya qarşı oyunda xal qazandılar. Ukraynaya məğlub olsalar da, yaxşı oynadılar, uduzmağa layiq deyildilər. Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm. Düzdür, itkilərimiz var. Lakin milliyə kim çağırılıbsa, onlar üçün şansdır. Emin Mahmudovun oynaması sual altındadır, Elvin Cəfərquliyev də olmayacaq. Kimlər oynayacaqsa, özlərini göstərmək üçün bir şans olacaq. Gələcəyimiz üçün bu oyunlar vacibdir.

    – İslandiyanın hansı güclü tərəfləri var?
    – Oturmuş heyətləri var. Avropanın TOP-5 liqalarında oynayan futbolçulara sahibdirlər. Eyni zamanda baş məşqçilərinin üslubları var. İlk oyundan çox da danışmaq istəmirəm. Həmin matçda rəqibin qolundan sonra komandada dağınıqlıq oldu və böyük hesab qeydə alındı. Bunu unutmalıyıq. Sabah xal qazanmalıyıq.

    – Millidə məğlubiyyət qorxusu yoxdur?
    – Futbolçularımıza qələbə arzusunu aşılamaq istəyirik. Futbolçular da həvəslidir. Bizim oyunçuların təzyiq altında olmasına ehtiyac yoxdur. Daha rahat futbolumuzu oynamalıyıq. Yeni futbolçular üçün bir az həyəcanlı gələ bilər. İnanıram ki, azarkeşlərimiz sabah komandaya dəstək olacaq.

    – Gəlişinizdən sonra Fransadan başqa, digər rəqiblərə qol vurmaq mümkün olub. Qol seriyasını davam etdirmək alınacaq?
    – Hər oyunda qol vurmaq istəyirik. Hücum potensialımız var. Çalışacağıq ki, qol vuraq. Çünki qələbə istəyirsənsə, qol vurmalısan.

    – Rəqib “ikinci mərtəbədə” təhlükəlidir. Onların qarşısını ala biləcəksiz?
    – İslandiyadakı ilk qolu da standart vəziyyətdən vurmuşdular. Sabah buna daha çox diqqət edəcəyik.

    – Gəlişinizdən sonra oyunçularda özünəinam yaranıb. Bunu necə bacardınız?
    – Futbolçulara bu inamı verməliyik. İnam məşqçidən futbolçuya keçir. Bəzi oyunçularla fərdi, bəzən ümumi danışırıq. Harda olduğumuzu dərk etməliyik. Bilirik ki, rəqiblərimiz kimdir. Onlarla ayaqlaşmaq çətindir. Amma meydanda istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik, amma istəyimizə maneə yoxdur. Futbolçularım bundan əvvəl əzmkarlığı, arzunu göstərdi. Bunu davam etdirməliyik.

    – Heyətdə 4 qapıçı var. Bu qədər saya nə ehtiyac var idi?
    – Şahruddin Məhəmmədəliyev cəzalıdır. 3 qapıçı da mütləq siyahıda olmalıdır. Ona görə əlavə bir qapıçı çağırdıq. Səlahətin olmasına səbəb də təcrübəsidir. Rza Cəfərov oynamır, bilirik. Amma ona dəstək olmalıyıq. O da qərarını verib, daha çox oynamalıdır. Rza bizim gələcəyimizdir.

    – “Karvan-Yevlax”da çıxış edən Kamran İbrahimov özünü yaxşı tərəfdən göstərir. Onun yığmaya gəlişi müzakirə mövzusudur?
    – Adlardan danışmaq istəmirəm. Hər kəsin yığmaya çağırılmaq şansı var. Kimin futbola necə baxdığı da önəmlidir. Bir oyuna görə milliyə dəvət alınmır. Gələcəkdə hər oyunçuya şans ola bilər.

    – Elvinin də yoxluğunu nəzərə alsaq, sabah Rüfət Abbasov meydana çıxa bilər?
    – Elvinin yoxluğu böyük itkidir. Yaxşı formada idi və millidə önəmli rolu var idi. Sabah Rüfəti meydanda görə bilərik.

    – Hücum xəttində problemlər var…
    – Futbolçuların oynayıb-oynamaması haqda bu dəqiqə çox danışmayaq. Yaralı yerimizdir və qısa vaxtda dəyişiklik etməyə seçimimiz yoxdur. İnanın, ən yaxşıları çağırırıq. Geniş danışsaq, daha 10-12 futbolçunu milliyə namizəd göstərə bilərik. İnanıram ki, gələn il bu siyahı daha çox olacaq.

    – “Turan Tovuz”dan nə üçün oyunçu yoxdur?
    – Faiq Hacıyevi dəvət etmək istəyirdim. Elvin və Rüfət var idi. Elvin xəstələndi. Bundan əlavə, Qismət, Abbas, Rəhman var. Bu mövqedə ciddi rəqabət gedir.

    – Elvinin, Mahirin, yoxsa Musanın yoxluğu daha ciddi itkidir?
    – Elvin hazırda çox yaxşı formada idi. Çempionlar Liqasında bütün oyunlarda oynayır. Yoxluğu böyük itkidir. Əvvəlki matçlara baxsaq, həm Musa, həm Mahir fərqli oyunlarda bizə kömək olub. Daha yaxşı olmaq istəyiriksə, oyunçular daha çox oynamalıdır. Musa və Mahir də bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.

    – İslandiya millisinin baş məşqçisi bildirdi ki, sistem eynidir, amma Azərbaycan yığması indi daha istəkli oynayır. Fikirlərinə necə münasibət bildirərsiniz?
    – Sistem eyni deyil. Son oyunlara baxıb istəyimizi görüb. İslandiya Fransaya 2 qol vurursa, deməli, təhlükəli rəqibdir.

    – Milliləşdirməyə baxışınız necədir?
    – İndiki məqamda buna ehtiyac görmürəm. Qarşımızdakı hədəfi bilməliyik. Məsələn, bu 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı? Mən öz oyunçularımızın oynamasının tərəfdarıyam.

    – Xəyal Əliyevin dəvət alması nə ilə bağlıdır?
    – Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı oyunçularımızdan ola bilər. Çox çalışmalıdır. Hər futbolçu səhv edə bilər. Danışığımız olub. Tək o deyil, qısa vaxtda U-21-dən əsas komandaya oyunçu çağırırıqsa, az iş deyil. İstəyirdik ki, bu uşaqların beynəlxalq təcrübəsi olsun.

    – U-19 yığması Çexiyaya böyük hesabla uduzdu (1:6). Maraqlıdır, AFFA rəhbərliyi ilə ümumi futbolumuzun, aşağı yaş qruplarının inkişafı ilə bağlı söhbətləriniz olubmu?
    – İnanın, 3-4 gün öncə AFFA-da idim. Baş katib və müavini ilə son oyun haqda danışmaq istəyirdik. Sadəcə mövzu gəldi uşaq futboluna çatdı, gördük ki, 4 saatdır, danışırıq. Problemlər var. Güclü rəqiblərə qarşı çətinlik çəkirik. Demək, onlardan zəifik. Biz bir addım atanda, onlar beşini atır. Bir meydança tikəndə sevinirik, amma onlarda eyni vaxtda 12-si tikilir. Belə vəziyyətdə rəqabətdə uduzacağıq. Təslim olmamalıyıq. Problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar da çalışmalıdır. O uşaqlar klublardan gəlir. Klublar uşaq futboluna necə yanaşır, məsələ budur. Daha çox əsas komandayamı diqqət edəcəyik? Bu gün uşaq futbolu ayrılmalıdır. Avropa ölkələrində bəzi böyük komandalar var ki, akademiyaları çox zəifdir. Onlar kənardan oyunçu gətirir. Bizdə də uşaq komandaları, məşqçilər artmalıdır. Başlamasaq, çətin olacaq.

    Futbol

    "Həmin 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı?" – Ayxan Abbasov

    12.11.2025 20:00:28
    Futbol

    "Ayxan Abbasovun gəlişindən sonra millidə çox şey dəyişməyib" – Anton Krivotsyuk

    12.11.2025 19:46:54
    Futbol

    "Sabah bizi çətin rəqib və çətin oyun gözləyir" – İslandiyalı futbolçu

    12.11.2025 18:28:38
    Futbol

    "İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi" - Arnar Qunnlauqsson

    12.11.2025 17:22:12
    Futbol

    AFFA-nın vitse-prezidenti Gürcüstana gedəcək

    12.11.2025 14:37:11
    Futbol

    Millimizin futbolçusu Rusiyada yenə rəmzi komandaya düşdü

    12.11.2025 12:51:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” Estoniya komandasına uduzdu

    12.11.2025 23:26:49

    İrina Zaretska İslamiadanın üçqat qalibi oldu

    12.11.2025 20:49:16

    "Həmin 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı?" – Ayxan Abbasov

    12.11.2025 20:00:28

    "Ayxan Abbasovun gəlişindən sonra millidə çox şey dəyişməyib" – Anton Krivotsyuk

    12.11.2025 19:46:54

    "Sabah bizi çətin rəqib və çətin oyun gözləyir" – İslandiyalı futbolçu

    12.11.2025 18:28:38

    "İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi" - Arnar Qunnlauqsson

    12.11.2025 17:22:12

    Qadın basketbol yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı – YENİLƏNİB

    12.11.2025 16:45:48

    "Styaua" ilə oyuna tam hazır deyilik, amma bu matça fokuslanmışıq" – Cəlil Cəlilov

    12.11.2025 16:12:25

    Voleybol yığmamız Ər-Riyadda finala vəsiqə qazandı

    12.11.2025 15:34:22

    Dadaş Dadaşbəylidən İslamiadada 2 gümüş medal

    12.11.2025 15:18:27

    AFFA-nın vitse-prezidenti Gürcüstana gedəcək

    12.11.2025 14:37:11

    Azərbaycan klubu avrokuboklara Rumıniyada start verir - Rəqib "Styaua"dır

    12.11.2025 14:02:57

    İrina Zaretska İslamiadanın finalında

    12.11.2025 13:51:47

    Azərbaycanlı hakim mötəbər yarışları idarə edəcək

    12.11.2025 13:21:07

    Millimizin futbolçusu Rusiyada yenə rəmzi komandaya düşdü

    12.11.2025 12:51:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved